ABŞ-nin Vaşinqton ştatında daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Qaziler.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Bob Ferqyuson “X” sosial media platformasında məlumat verib.
O, ştatın təxminən 100.000 sakininin təxliyə edilə biləcəyini və vəziyyətin qeyri-sabit olduğunu qeyd edib.
"Bu həftə ştatımızda baş verən dağıdıcı daşqına cavab olaraq bütün ştat üzrə fövqəladə vəziyyət elan edən bir bəyannamə imzaladım", - Ferqyuson yazıb.
QAZİLER.AZ



