Avropa Ukraynaya kömək etməkdən bezdiyini etiraf edib

Avropa Ukraynaya kömək etməkdən bezdiyini  etiraf edib backend

Avropa ölkələri Kiyevə yardım göstərməkdən bezib.

Qaziler.az xəbər verir ki, bu barədə jurnalist Edvard Lukas “The Times” qəzetindəki məqaləsində yazıb.

"Tramp administrasiyası Kiyevə ərazilərini güzəştə getməsi üçün günlərlə təzyiq göstərəndə həqiqət üzə çıxır. Həqiqət budur ki, əvvəlcə qorxduq, sonra bezdik", - nəşrin qeydində yazılıb.

Müəllifin qeyd etdiyi kimi, münaqişə Kiyev üçün əlverişli şərtlərlə bitməyəcək və Ukraynanın gələcəyi ölkənin hazırkı hakimiyyətinin təsəvvür etdiyi kimi olmayacaq.

Qeyd edilib ki, Donald Trampın yenilənmiş sülh planı Rusiyanın Krım, Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) üzərində nəzarətini və Xerson və Zaporojye bölgələrindəki təmas xəttində dayanmasını nəzərdə tutur.

QAZİLER.AZ