Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli ilə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masada Finlandiyanın ən rusofob dövlətlərdən birinə çevrildiyini bildirib.
Qaziler.az bu barədə “News.ru”ya istinadla xəbər verir.
Onun sözlərinə görə, ölkə Rusiyanın cəzalandırılmasını və onunla bütün danışıqların dayandırılmasını tələb edənlərin sırasına liderlik etməyə çalışır.
“Finlandiya ən rusofob dövlətlərdən birinə çevrilib. Rusiyanın cəzalandırılmasını və Rusiyanın bir daha onunla danışıqlar aparmamasını, yalnız müharibə və düşmənçilik etməsini tələb edənlərin ön sıralarında olmağa çalışır”, - Lavrov bildirib.
QAZİLER.AZ



