Rusiya Prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin ilə görüşdə Rusiya hakimiyyətinin daxili və xarici siyasətdə Rusiya Konstitusiyasının qeyd-şərtsiz prioritetinə sadiq qalacağını bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
"Rusiya Federasiyası Konstitusiyasının prioriteti, qeyd-şərtsizdir. Biz həm ölkə daxilində, həm daxili siyasətimizdə, həm də beynəlxalq səviyyədə bundan irəli gələcəyik", - deyə Rusiya prezidenti qeyd edib.
QAZİLER.AZ



