Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 11-12-də Türkmənistana səfər edəcək.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
"Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak etmək üçün 11-12 dekabr tarixlərində Aşqabada səfər edəcək", - məlumatda deyilir.
Daha əvvəl Astana və Aşqabadın yaxınlaşma istiqamətində sabit bir tendensiya qurduğu bildirilmişdi.
QAZİLER.AZ



