Zelenski 2026-cı il üçün büdcə qanununu rekord kəsirlə imzalayıb

Zelenski 2026-cı il üçün büdcə qanununu rekord kəsirlə imzalayıb backend

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 2026-cı il üçün dövlət büdcəsi qanununu 47,5 milyard dollar kəsirlə imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ali Radanın məlumat bazasında qeyd olunub.

“Dekabrın 3-də Ali Rada 47,5 milyard dollar kəsir nəzərdə tutan Ukraynanın 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib. Sənədin lehinə 257 qanunverici səs verib. 37 qanunverici qanun layihəsinə qarşı çıxıb, 24-ü isə bitərəf qalıb”, - məlumatda qeyd olunub.

QAZİLER.AZ