Belarusda beynəlxalq kriptovalyuta birjaları bloklanıb

Belarusda beynəlxalq kriptovalyuta birjaları bloklanıb backend

Belarusda “ByBit”, “Bitget” və OKX kriptovalyuta birjaları bloklanıb.

Qaziler.az bu barədə yerli “Onliner” nəşrinə istinadla məlumat verir.

Telekommunikasiya Nəzarəti üzrə Respublika Unitar Müəssisəsi “ByBit”, “Bitget” və OKX kriptovalyuta platformalarını özünün "qara siyahısına" əlavə edərək yerli sakinlərin xidmətlərinə daxil olmasının qarşısını alıb. Məhdudiyyətlər 10 dekabr 2025-ci il tarixində qüvvəyə minib.

Belarusun IP ünvanlarına sahib olan istifadəçilər birjaların veb saytlarına daxil ola bilmədiklərini bildirirlər. Xarici IP ünvanlarından istifadə isə platformaların daxili qaydalarını poza və hesabların bloklanmasına səbəb ola bilər.

Belarus hakimiyyəti hələlik vəziyyətlə bağlı şərh verməyib, bloklanmanın səbəblərini və ya onun tətbiq müddətini açıqlamayıb.

"ByBit", "Bitget" və OKX spot və fyuçers ticarəti, steyk və marja ticarəti təklif edən beynəlxalq kriptovalyuta birjalarıdır.

QAZİLER.AZ