San-Fransisko məhkəməsi Kaliforniyanın Milli Qvardiya qoşunlarının Los-Ancelesə yerləşdirilməsi ilə bağlı iddiasını təmin edib və onların yerləşdirilməsi ilə bağlı ilkin qadağa qoyub.
Qaziler.az bildirir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
"Federal hakim Çarlz Breyer Tramp administrasiyasına Milli Qvardiyanın Los-Ancelesə yerləşdirilməsinin dayandırılmasını və qoşunların nəzarətini Kaliforniya hakimiyyətinə qaytarmağı əmr edib", - agentlik bildirib.
Agentliyin məlumatına görə, Breyer son qərarını 15 dekabra qədər təxirə salıb. Agentlik həmçinin qeyd edib ki, hakim artıq 2025-ci ilin sentyabrında Milli Qvardiyanın Los-Ancelesə yerləşdirilməsinin qanunsuz olduğuna qərar vermişdi.
QAZİLER.AZ



