Çexiya Trampın Ukrayna üçün sülh planını dəstəklədi

Çexiya Trampın Ukrayna üçün sülh planını dəstəklədi backend

Çexiya Parlamentinin aşağı palatasının Xarici İşlər Komitəsi ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq səylərini dəstəkləyib.

Qaziler.az xəbər verir ki, bu barədə Çexiyanın xəbər agentliyi CTK məlumat yayıb.

Qəbul edilmiş qətnamədə komitə üzvləri ABŞ administrasiyasının səylərini tərifləyərək, Ukrayna dövlətçiliyinin qorunmasının vacibliyini vurğulayıblar. Lakin onlar müxalifətin Ukrayna Silahlı Qüvvələrinə hərbi təchizat üçün yeni təşəbbüsləri dəstəkləmək təklifini rədd ediblər.

"Amerika planı "ərazi güzəştlərini" tələb edir ki, bu da Ukrayna üçün çətindir, lakin sülhə nail olmaq üçün mövcud olan yeganə təşəbbüsdür", - Komitə sədri Radek Vondraçek bildirib.

QAZİLER.AZ