İsrailin mahnı müsabiqəsinə qatılması səbəbindən İslandiya ölkəsini “Avroviziya 2026”da təmsil etməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə EFE İslandiya ictimai televiziyasına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa Yayım Şurasının İsrailin müsabiqədə iştirakını bərpa etmək qərarına etiraz olaraq İslandiya “Avroviziya” mahnı müsabiqəsindən imtina edib.
Qeyd edək ki, dekabrın 4-də Avropa Yayım Birliyi İsrailin “Avroviziya 2026”da iştirakına icazə veriləcəyini açıqlayıb. Bu qərar təşkilatın Cenevrədəki Baş Assambleyasında keçirilən səsvermədən sonra qəbul edilib.
Sözügedən qərardan sonra İspaniya, İrlandiya, Hollandiya və Sloveniya “Avroviziya”da öz ölkələrini təmsil etməkdən imtina ediblər.
Xatırladaq ki, 70-ci “Avroviziya” mahnı müsabiqəsinin Vyanada keçirilməsi planlaşdırılır. Avstriyanın paytaxtı tədbirə üçüncü dəfə ev sahibliyi edəcək. Tədbir 12-16 may 2026-cı il tarixlərində “Wiener Stadthalle” səhnəsində keçiriləcək.
QAZİLER.AZ



