Rusiyanın iki hava limanı müvəqqəti bağlanıb

Rusiyanın iki hava limanı müvəqqəti bağlanıb backend

Rusiyanın Penza və Saratov hava limanları 10 dekabr çərşənbə axşamı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, hava limanları təhlükəsizlik səbəbləri ilə təyyarələri qəbul etmir və göndərmir.

“Penza və Saratov (Qaqarin) hava limanları: təyyarələrin gəlişinə və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir”, - məlumatda qeyd edilib.

QAZİLER.AZ