Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts ilə Ukraynaya dəstək mövzusunda telefon danışığı aparıb.
Qaziler.az xəbər verir ki, söhbət Yelisey Sarayından “X” sosial media platforması vasitəsiylə canlı yayımlanıb. Telefon danışığı təxminən 40 dəqiqə davam edib.
“Sen-Malo Bələdiyyəsində idim, orada bir neçə həmkarımla Ukrayna məsələsi və Prezident Trampla telefon danışığı apardım. Bu 40 dəqiqə ərzində hamımızı narahat edən məsələni müzakirə etdik”, - Makron deyib.
QAZİLER.AZ



