Polşanın Maşevo şəhərində yerli hakimiyyət orqanları sovet əsgərlərinin abidəsini söküb. Bu barədə 10 dekabrda TVP televiziya kanalı məlumat verib.
Məlumat verilib ki, yerli hakimiyyət orqanları Milli Təhlükəsizlik İnstitutunun tələblərinə görə abidəni sökmək qərarına gəliblər. İnstitut onu totalitar rejimləri xatırladan "təbliğat obyekti" hesab edib.
Həmçinin bildirilib ki, abidə ilk dəfə 1947-ci ildə ucaldılıb. Əvvəlcə abidənin başında qırmızı ulduz var idi, lakin sonradan beton kürə ilə əvəz edilib. Abidənin hündürlüyü 2 metrdir.



