Hindistanda canavar dörd aylıq körpəni sürüyərək qaçırıb

Hindistanda canavar dörd aylıq körpəni sürüyərək qaçırıb backend

Hindistanın Uttar Pradeş ştatında bir canavar yatmış qadının yanından dörd aylıq körpəni qoparıb.

Qaziler.az bildirir ki, bu barədə 10 dekabrda "The Indian Express" məlumat verib.

"Ehtimala görə, canavar Mallaxanpurva kəndindəki evdə anasının çarpayısında yatmış dörd aylıq körpəni aparıb", - deyə məlumatda bildirilir.

Qəzetin məlumatına görə, heyvan evə girib, körpəni götürərək qaçıb. Ana hərəkət hiss edib və oyanıb, ancaq canavarı yoxa çıxdığını görüb. Körpənin paltarları və qan izləri daha sonra evdən təxminən bir kilometr aralıda tapılıb.

QAZİLER.AZ