Böyük Britaniyanın yüksək vəzifəli rəsmiləri çərşənbə axşamı Ukraynada Britaniya Silahlı Qüvvələrinin hərbçisinin ölümündən sonra başsağlığı veriblər.
Qaziler.az bildirir ki, onlar bu barədə X sosial şəbəkəsində yazıblar.
Britaniya müdafiə naziri Con Hili yazıb ki, Ukraynada Britaniya hərbçisinin ölüm xəbərindən "sarsılıb".
"Düşüncələrim yaxınlarının itkisinə görə yas tutan ailəsi, dostları və həmkarları ilədir. Qəlbimiz onlarladır", - deyə o əlavə etdi.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya Silahlı Qüvvələri üzvünün ailəsinə "dərin kədərlə başsağlığı" verib.
"Onun xidməti və fədakarlığı heç vaxt unudulmayacaq", - o, əlavə edib.
QAZİLER.AZ



