Tramp Zelenskiyə ABŞ-ın sülh razılaşmasına cavab vermək üçün bir neçə gün vaxt verdi - "FT"

Tramp Zelenskiyə ABŞ-ın sülh razılaşmasına cavab vermək üçün bir neçə gün vaxt verdi -  "FT" backend

Vaşinqton Ukrayna prezidenti Volodimir Zelenskinin təklif olunan sülh müqaviləsinə "bir neçə gün" ərzində cavab verməsini istəyir.

Qaziler.az bildirir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner bu tələbi 6 dekabr şənbə günü Zelenskiyə telefon danışığı zamanı çatdırıblar.

Amerikalılar Ukrayna liderini tez bir qərar verməyə sövq ediblər.

FT mənbələri bildirib ki, ABŞ razılaşmasında Ukraynanın Vaşinqtondan qeyri-müəyyən təhlükəsizlik zəmanətləri müqabilində ərazi itkisini qəbul edəcəyi nəzərdə tutulur.

QAZİLER.AZ