Davudoğludan Bağdada cavab: “İraqın ərazi bütövlüyünə zərər vurulmayacaq“

Davudoğludan Bağdada cavab: “İraqın ərazi bütövlüyünə zərər vurulmayacaq“ backend

Türkiyənin baş naziri Əhməd Davudoğlu İraqlı həmkarına Başika bölgəsindəki türk əsgərlərilə bağlı məktub ünvanlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, mətkubda Başikaya ordu göndərilməyəcəyi qeyd olunub.

Bundan əlavə, Ə.Davudoğlu məktubunda mart ayından etibarən Türkiyənin Başikada tətbiq etdiyi təlim proqramı və ərazidəki hərbçilərin vəzifə və fəaliyyətləri ilə bağlı məlumat verib. Türkiyə hökumətinin başçısı İraqa bütün ölkələrin hörmətlə yanaşacağına inandığı, suverenlik və ərazi bütövlüyü məsələsində ən həssas ölkələrdən olan Türkiyənin bu prinsiplərə zərər vuracaq hər hansı bir addım atmayacağını bildirib.

Ə.Davudoğlu İŞİD-lə mübarizə məsələsində İraqa hər cür dəstəyin veriləcəyini, bu məsələdə İraq hökumətilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Məktubda həmçinin İraqla Türkiyənin əməkdaşlığından narahat olan və buna son qoyulmasını istəyən qüvvələrin istəklərinə çatmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.


Diaspora