Qərb koalisiyası Əsəd ordusunu bombaladı

Qərb koalisiyası Əsəd ordusunu bombaladı backend

Suriyada antiterror əməliyyatlarını bərpa edən Qərb koalisiyası Suriya ordusunun mövqelərini bombalayıb. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Əsəd qüvvələrinin düşərgələrini bombalaması nəticəsində 4 hərbçi ölüb, 16 yaralı var.

Hadisə Deyr əz-Zor bölgəsində, ölkənin şərqində qeydə alınıb. Zərbələr silah anbarlarını məhv edib. Koalisiya komandanlığı bu hadisənin yanlışlıq nəticəsində baş verdiyini açıqlayıb.

Xatırladaq ki, Qərb koalisiyası Suriyada 2014-cü ilin sentyabrından antiterror əməliyyatlarına başlayıb. Bu ilin sentyabrından isə Rusiya Bəşər Əsədin müraciəti əsasında ölkədə İŞİD terrorçularına və digər silahlı birləşmələrin mövqelərinə zərbələr endirir.

Diaspora