Tramp: "London meri dəhşətli, pis, iyrənc insandır"

Tramp: "London meri dəhşətli, pis, iyrənc insandır" backend

ABŞ prezidenti Donald Tramp London meri Sadiq Xanı işində uğursuzluğa düçar olmuş dəhşətli insan adlandırıb.

Qaziler.az xəbər verir ki, Amerika lideri bu açıqlamanı "Politico"ya verdiyi müsahibədə Britaniya paytaxtındakı miqrantlarla bağlı vəziyyətdən danışarkən verib.

"O, dəhşətli bir merdir. O, bacarıqsız bir merdir, eyni zamanda dəhşətli, pis, iyrənc bir merdir. Düşünürəm ki, o, dəhşətli bir iş görüb... Onlar insanların yoxlanılmadan sadəcə gəlməsinə imkanverirlər”, - deyə siyasətçi bildirib.

Tramp əlavə edib ki, o, Londonu sevir, ona görə də şəhərdə nə baş verdiyini görmək onun üçün çətindir.

QAZİLER.AZ