ABŞ Prezidenti Donald Tramp yenə ukraynalı həmkarı Volodimir Zelenskini fırıldaqçı adlandırıb.
Qaziler.az xəbər verir ki, siyasətçi bunu "Politico"ya verdiyi müsahibədə bildirib.
"Bilirsiniz, o... o... fırıldaqçıdır", - deyə Amerika lideri bildirib.
Eyni müsahibədə Tramp oğlu Donald Trampın ABŞ-nin Ukraynadan uzaqlaşması ilə bağlı şərhinin heç də doğru olmadığını, eyni zamanda yalan olmadığını da bildirib.
Ağ Ev rəhbəri vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukraynaya çox axmaqcasına 350 milyard dollar verdikdən sonra ABŞ artıq Ukraynaya pul ödəmir.
QAZİLER.AZ



