ABŞ prezidenti Donald Tramp ABŞ-nin keçmiş prezidenti Co Baydenin Ukraynaya çox axmaqcasına 350 milyard dollar verdikdən sonra ABŞ-nin artıq Ukraynaya pul vermədiyini söyləyib.
Qaziler.az xəbər verir ki, onun sözləri “Politico” tərəfindən sitat gətirilib.
Jurnalistlərlə söhbəti zamanı Ağ Ev rəhbəri Ukraynadakı münaqişəyə görə dəyən çoxsaylı itkilərə görə təəssüfləndiyini bildirib.
"Bilirsiniz, bu, bizi narahat etmir. Bayden axmaqcasına 350 milyard dollar verəndən bəri ölkəmiz onlara heç bir pul ödəmir", - Tramp deyib.
QAZİLER.AZ



