“ABŞ Avropada demokratiyanı xilas etmək üçün səy göstərməməlidir”.
Qaziler.az bildirir ki, "The Guardian" qəzetinin yazdığına görə, Almaniya kansleri Fridrix Merts ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı belə şərh verib.
"Amerikalıların Avropada demokratiyanı xilas etmək üçün səy göstərməsinə ehtiyac yoxdur", - Almaniya kansleri qeyd edib.
Lakin o əlavə edib ki, sənəd Aİ-nin "təhlükəsizlik siyasəti baxımından ABŞ-dan daha müstəqil olması" lazım olduğu fikrini təsdiqləyib.
QAZİLER.AZ



