Moldova Ukraynaya görə elektrik enerjisinə qənaət etməli olacaq

Moldova Ukraynaya görə elektrik enerjisinə qənaət etməli olacaq backend

Moldovanın Energetika naziri Dorin Junqietu həmvətənlərini elektrik enerjisindən daha səmərəli istifadə etməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o “Moldova 1”ə açıqlamasında deyib.

O, bunu Ukraynada elektrik kəsintiləri səbəbindən ölkənin elektrik şəbəkəsinə artan yüklə izah edib.

“Moldova Respublikasında bütün istehlakçılar tərəfindən, xüsusən də tələbatın ən yüksək olduğu pik saatlarda rasional enerji istehlakı sisteminin sabitliyini qorumaq və kəsinti riskinin qarşısını almaq üçün çox vacibdir, - deyə Junqietu bildirib.

Nazir etiraf edib ki, soyuq havaların başlaması ilə, xüsusən də axşamlar elektrik enerjisi istehlakı xeyli artıb. O, moldovalılardan istilik sistemlərini tənzimləmələrini xahiş edib.

QAZİLER.AZ