Peskov Putinin birbaşa xəttinə ən çox kimlərin yazdığını açıqlayıb

Peskov Putinin birbaşa xəttinə ən çox kimlərin yazdığını açıqlayıb backend

Çox sayda uşaq və gənc Rusiya prezidenti Vladimir Putinin birbaşa xəttinə sorğu göndərir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Putinin mətbuat katibi Dmitri Peskov sorğular üçün milli MAX messencerindən istifadə etdiklərini qeyd edib.

“Sual vermək üçün yeni kanallar, o cümlədən çoxlu sorğu alan MAX kanalı əlavə edilib. Gənc nəslin daha çox üzvünün, hətta uşaqların da MAX-dan istifadə etməsi maraqlıdır və bunu görmək sevindiricidir", - Kremlin sözçüsü qeyd edib.

Peskov qeyd edib ki, redaksiya qrupları süni intellektdən istifadə edərək sorğuları işləyir və emal edir. Prezidentin mətbuat katibi işçiləri səylərinə görə alqışlayıb.

QAZİLER.AZ