“Vahid Rusiya” partiyası Dövlət Dumasına Rusiyanın milli gerbində xaç təsvirlərinin qeyd edilməsini qanuni olaraq tələb edən qanun layihəsi təqdim edib.
Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, partiyanın mərkəzi icra komitəsinin rəhbəri Aleksandr Sidyakin bildirib.
“Vahid Rusiya” mətbuat xidmətinin məlumatına görə, sənədin birinci oxunuşda nəzərdən keçirilməsi gözlənilir.
Sidyakin izah edib ki, qüvvədə olan "Rusiya Federasiyasının Dövlət Gerbi haqqında" qanunda taclar, əsa və kürə kimi elementlər ətraflı təsvir olunub. Lakin, orada xaç təsvirləri açıq şəkildə göstərilməyib. Millət vəkili qeyd edib ki, gerbin müxtəlif təsvirlərində xaç əvəzinə romblar kimi anlaşılmaz həndəsi formaların tez-tez görünməsi halları baş verir.
QAZİLER.AZ



