Nüfuzlu "Time" jurnalı aktyor Leonardo Di Kaprionu "İlin aktyoru" adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
Jurnalistlər qeyd ediblər ki, Leonardo Di Kaprio "çoxlarının həsəd aparacağı bir karyera qurub".
Xüsusilə, məqalənin müəllifləri xatırladırlar ki, heç kim onun 1993-cü ildə çəkilmiş "Bu oğlanın həyatı" filmindəki performansına inana bilməzdi. Həmçinin qeyd olunur ki, Leonardonun "tamamilə doğru olan zahirən səhv seçimlər etmək istedadı var" və "dünya onun üzünə baxmaqdan heç vaxt yorulmur".
2025-ci ildə Di Kaprio Pol Tomas Andersonun "Döyüşdən sonra döyüş" filmində rol alıb və bu film tənqidçilər və tamaşaçılar tərəfindən dünya miqyasında hitə çevrilib.
QAZİLER.AZ



