Kamboca Taylandla sərhədə artilleriya yerləşdirib

Kamboca Taylandla sərhədə artilleriya yerləşdirib backend

Kamboca silahlı qüvvələri Taylandla sərhədə “T-55” tankları və “BM-21” “Grad” çoxsaylı buraxılışlı raket sistemləri yerləşdirib.

Qaziler.az bu barədə “İnterfaks”a istinadla xəbər verir.

Qeyd olunub ki, Taylandın “F-16” qırıcı təyyarələri qarşı tərəfin qalalarına, anbarlarına və gücləndirmə qüvvələrinə zərbələr endirir.

İki ölkə arasında sərhəd toqquşmaları 8 dekabrda başlayıb. Tayland Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə ittiham edib. Bundan əvvəl Tayland və Kamboca sərhəd boyunca toqquşublar. Hadisə Taylandın Anuponqdakı strateji hərbi bazasına edilən hücumdan sonra baş verib və nəticədə hər iki ölkənin hərbi qulluqçuları arasında itkilər olub. Tayland daha sonra Kamboca ilə sülh danışıqlarından imtina edib və yayda əldə edilən atəşkəsdən sonra yeni hərbi əməliyyatlara icazə verən qətnamə qəbul edib.

QAZİLER.AZ