Heraklion Hava Limanı (Yunanıstanın Krit adasının paytaxtı) yerli kənd təsərrüfatı işçilərinin etirazlarına görə fəaliyyətini dayandırıb.
Qaziler.az bu barədə Yunanıstanın "Kathimerini" qəzetinə istinadla xəbər verir.
"Etirazçı fermerlər hava limanına daxil olduqdan sonra Heraklion Hava Limanındakı uçuşlar dayandırılıb", - qəzet yazır:
Şimali Kritdəki Xaniya Hava Limanının da iğtişaşlar səbəbindən fəaliyyətini dayandırdığı bildirilir. Etirazçılar hava limanının əsas girişini, eləcə də bir neçə yolu bağlayaraq polislə qarşıdurmaya səbəb olublar və polis göz yaşartıcı qazdan istifadə etməyə məcbur olub.
Qərb mediasının məlumatına görə, adada kənd təsərrüfatı işçilərinin etirazları müavinət ödənişlərinin gecikməsi ilə bağlıdır.
QAZİLER.AZ



