Kir Starmer "TikTok" hesabı açıb Zelenskini paylaşdı - VİDEO

Kir Starmer "TikTok" hesabı açıb Zelenskini paylaşdı - VİDEO backend

Böyük Britaniyanın Baş naziri Kir Starmer dövlət qulluqçularının tətbiqi yükləməsinə qadağa qoyulmasına baxmayaraq, özünə “TikTok” hesabı açıb.

Qaziler.az bu barədə “News.ru”ya istinadla xəbər verir.

Hökumət başçısı artıq “TikTok” hesabında iki video paylaşıb. Onlardan biri Ukrayna Prezidenti Volodimir Zelenskinin Londona səfərini əks etdirib.

“Xoş gəlmisiniz, Prezident Zelenski”, - videonun şərhində yazılıb.

Yerləşdirilmiş ilk videoda isə iqamətgahın girişindəki Milad ağacının işıqlandırılması mərasimi göstərilir. Starmer və həyat yoldaşı Viktoriya tədbirdə iştirak ediblər və oğulları Tobi simvolik işıqları yandırıb.

QAZİLER.AZ