Şaraa inqilabın ildönümündə məsciddən qardaşlıq mesajı verdi - VİDEO

Şaraa inqilabın ildönümündə məsciddən qardaşlıq mesajı verdi - VİDEO backend

Suriya prezidenti Əhməd Əl Şaraa devrilmiş rejimin süqutunun ildönümündə səhər namazı qıldığı Əməvi məscidində “qardaşlıq” mesajı verib.

Keçən il Dəməşqdə geyindiyi hərbi formada məscidə gələn Şaraanı bir neçə nazir, o cümlədən xarici işlər naziri Əsəd Həsən Şeybani müşayiət edib.

Şaraa Səudiyyə Ərəbistanında devrilmiş rejimin süqutunun ildönümü münasibəti ilə məscidə hədiyyə edilən, üzəri Quran ayələri həkk olunmuş, Kəbə örtüsündən alınan hədiyyəni açıb.

Prezident Şaraa ictimaiyyət qarşısında çıxışında Kəbə örtüyünün bir parçasının Əməvi məscidində saxlanmasını istədiyini ifadə edərək: "Beləliklə, Məkkədən Şama qədər uzanan sevgi və qardaşlıq bağları güclənir" dedi.

QAZİLER.AZ