ABŞ Prezidenti Barak Obama Kaliforniyanın San Bernardino şəhərində 14 adamın həlak olduğu hadisədən sonra açıqlama verib.
Axar.az xəbər verir ki, Ağ Evdə 13 dəqiqəlik çıxış edən Obama İŞİD-ə qarşı mübarizə tədbirlərinin artırılacağını deyib:“Hələlik əlimizdə terrorçuların xarici bir təşkilat tərəfindən idarə edildiyini təsdiq edəcək heç bir dəlil yoxdur. İŞİD-i yox edəcəyik. Bu strategiya çərçivəsində Türkiyə-Suriya sərhədinin təhlükəsizliyi də böyük əhəmiyyətə sahibdir”.