ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq hesab edir ki, Ukrayna münaqişəsinə son qoyulacaq, lakin Zaporojye Atom Elektrik Stansiyasının və Donetsk ərazisinin mülkiyyəti məsələsi danışıqların gündəliyində qalır.
Qaziler.az Apa-ya istinadən xəbər verir ki, Kelloq bu barədə Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil edilən forumda çıxış edərkən bildirib.
"Məqsədə çatmaq üçün son 10 metr ən çətin olanıdır. Həqiqətən inanıram ki, bir neçə problemimiz var, yəni Donetsk bölgəsi və nəhəng nüvə elektrik stansiyası olan Zaporojye AES. Düşünürəm ki, bu iki məsələni həll etsək, qalanları öz yerini tapacaq", - o deyib.



