"Google" 2025-ci ildə ən çox axtarışa verilənləri açıqlayıb

"Google" 2025-ci ildə ən çox axtarışa verilənləri açıqlayıb backend

Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətli, "K-Pop İblis Ovçuları" cizgi filmi və yeni “iPhone 17” 2025-ci ildə ABŞ-də ən sürətlə böyüyən axtarış sorğuları siyahısına başçılıq edib.

Qaziler.az xəbər verir ki, bunu “Google Trends” açıqlayıb.

İlk beşliyə Nyu-York şəhərinin seçilmiş meri Zöhran Mamdani, Çin neyron şəbəkəsi “DeepSeek”, ABŞ hökumətinin ən uzun müddətli bağlanması (44 gün), FIFA Klublararası Dünya Kuboku və tarif məhdudiyyətləri daxil olub.

Ən çox maraq doğuran şəxsiyyətlər arasında Mamdani, Kirkin qatili Tayler Robinson və reper D4vd var.

QAZİLER.AZ