Ağ Ev “Washington Post" jurnalistlərini media cinayətkarları adlandırdı

Ağ Ev “Washington Post" jurnalistlərini media cinayətkarları adlandırdı backend

Ağ Ev “Washington Post” qəzetini “Həftənin media cinayətkarı” adlandırıb və sözügedən xəbər saytlarda yerləşdirilib.

Qaziler.az xəbər verir ki, buna səbəb Pentaqon rəhbəri Pit Heqsetin Karib dənizində narkotik daşıyan gəmilərə ABŞ-nin hücumu nəticəsində sağ qalanların “öldürülməsini” əmr etdiyini iddia edən bir yazı olub.

Qəzetin məlumatına görə, sentyabrın əvvəlində Venesuela sahillərində baş verən ilk hücumdan sonra komandirlərə sağ qalanları məhv etmək üçün ikinci bir hücum etmək əmri verilib. Məhz bu əsassız iddianı yaydığına görə qəzet prezident administrasiyası tərəfindən tənqid edilib. Həm Ağ Ev, həm də Pentaqon hesabatı sərt tənqid edərək onu yalan adlandırıb.

Ağ Evin rəsmi açıqlamasında qeyd olunub ki, qəzet bu iddiaları ABŞ ordusunu nüfuzdan salmaq və anti-Amerika əhval-ruhiyyəsini alovlandırmaq cəhdi ilə dərc edib və bu cür hücumların müharibə qanunlarına uyğun olduğunu vurğulayıb.

Ağ Ev daha əvvəl “CBS News”, “Boston Globe” və Britaniyanın “The Independent” qəzetlərini prezidentin açıqlamalarını təhrif etməkdə ittiham edərək onları "virtual utanc zalına" daxil etmişdi.

QAZİLER.AZ