Ukrayna üçün mümkün sülh planının əsas müddəalarını ABŞ prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner hazırlaya bilər.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında deyib.
Prezident köməkçisi təklif edib ki, əgər razılaşmaya aparan hər hansı bir plan kağız üzərində hazırlanmağa davam edərsə, onu cənab Kuşner yazacaq.
QAZİLER.AZ



