Qərb Rusiya neftinə qoyulan qiymət qadağalarını götürmək istəyir

Qərb Rusiya neftinə qoyulan qiymət qadağalarını götürmək istəyir backend

G7 və Avropa Birliyi Rusiya neftinə qoyulan qiymət məhdudiyyətlərinin aradan qaldırılmasını müzakirə edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Hesabatda deyilir ki, G7 və Avropa Birliyi Rusiya neftinə qoyulan qiymət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı danışıqlar aparır.

Rusiya enerji şirkətləri ixrac axınlarının əsaslı şəkildə yenidən istiqamətləndirilməsindən keçirlər. Ekspertlərin fikrincə, iqtisadi və geosiyasi tendensiyalar elə formalaşır ki, Asiya vektoru artıq Rusiya neft və qaz sənayesinin uzunmüddətli perspektivlərini müəyyən edir.

QAZİLER.AZ