Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən dövlət qəbulunda ənənəvi hind yeməklərindən ibarət vegetarian şam yeməyi ilə qonaq edilib.
Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” Kremlin mətbuat mərkəzinə istinadla məlumat yayıb.
Menyuya morinqa yarpaqları və maş paxlasından hazırlanmış yüngül bulyon, qoz çatnisi ilə doldurulmuş morel, qara noxuddan kabab, ədviyyatlı qatıqla marinad edilmiş təndirdə bişirilmiş kartof, badam halvası və zəfəranlı dondurma daxil edilib.
Qeyd edək ki, dekabrın 4-də Vladimir Putin iki günlük dövlət səfəri üçün Hindistana gedib.
QAZİLER.AZ



