Fransa Prezidenti Emmanuel Makron Çinə dövlət səfəri zamanı Çendu şəhərindəki Siçuan Universitetində tələbələrlə görüşmək üçün yerli təhlükəsizlik işçilərindən yayınıb.
Qaziler.az xəbər verir ki, görüntüləri BFMTV yayıb.
Fransa liderinin gözlənilməz manevrində ona çatmağa çalışan Çin təhlükəsizlik işçiləri çaşqınlıq içində qalıb.
Makron Çendu şəhərindəki Siçuan Universitetində ictimaiyyətlə görüşmək fürsətindən istifadə edib. Kanalın məlumatına görə, bu gözlənilməz qarşılaşma Çin təhlükəsizlik işçilərini təəccübləndirib.
Hadisə 5 dekabrda, Makronun Çinə səfərinin son günündə baş verib. Görüntülərdə Fransa prezidentinin tədbir üçün planlaşdırılan protokolu pozaraq izdihama doğru qaçdığı görünür.
QAZİLER.AZ



