ABŞ-nin Corciya ştatında keçmiş gözəllik kraliçası Triniti Pouq sevgilisinin 18 aylıq oğlunu qısqanclıq üzündən öldürməkdə ittiham olunub.
Qaziler.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, qadın başqasının uşağını böyütmək istəmirmiş və partnyorunun körpəyə həddindən artıq diqqət yetirməsindən qıcıqlanırmış.
Faciə 2024-cü ilin yanvar ayında uşağın atası Culian Uilyams qısa müddətə evdə olmadığı zaman yataqxanada baş verib. Bir müddətdən sonra Pouq sevgilisinə uşağın nəfəs almadığını bildirən mesaj yazıb və tibbi müdaxiləyə baxmayaraq, uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb. Bir həftə sonra Pouq sağlamlığa qəddarcasına və ağır xəsarətlər yetirmək ittihamları ilə qətl törətməkdə ittiham olunub.
Prokuror hesab edir ki, qızın cinayət törətməsinin səbəbi onun başqasının uşaqlarını böyütmək əvəzinə öz uşaqlarına sahib olmaq istəməsi olub. Qızın smartfonundakı məlumatlar da onun günahkar olduğunu sübut edib. Belə ki, faciə günü gənc qız qonşusuna mesaj göndərərək artıq uşağı ilə birlikdə ola bilməyəcəyini bildirib və internetdə kəllə sümüyünün sınığını gizlətməyin yollarını axtarıb. Lakin Pouq günahsız olduğunu bildirib. O, uşağın yataqdan yıxıldığını iddia edib, lakin tibbi ekspertiza bu nəzəriyyəni əsassız adlandırıb.
Bütün maddələr üzrə günahkar bilinərsə, 20 yaşlı gənc qız şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası və ya ölüm cəzası ilə üzləşə bilər.
QAZİLER.AZ



