İsveç Kiyevi dəstəkləmək üçün vəsait ayırmaq məqsədilə Afrika və Cənubi Amerikanın beş ölkəsində inkişaf yardımı proqramlarının tədricən dayandırılacağını elan edib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, maliyyələşdirmənin kəsilməsi Zimbabve, Mozambik, Tanzaniya, Liberiya və Boliviyaya təsir edəcək.
“Hökumət Ukraynaya prioritet vermək üçün Zimbabve, Tanzaniya, Mozambik, Liberiya və Boliviyaya inkişaf yardımını tədricən dayandırmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.
Hökumətin qərarına əsasən, resursların yenidən bölüşdürülməsi Ukraynaya yardımı 2026-cı ilə qədər 10 milyard İsveç kronuna (təxminən 2 milyard azn) çatdıracaq. Eyni zamanda, Krallıq əməkdaşlığın tədricən dayandırılması çərçivəsində Boliviya, Liberiya və Zimbabvedəki səfirliklərini bağlayacaq.
QAZİLER.AZ



