“Avropa Rusiya ilə danışıqlara başlamalıdır, çünki danışıqların ABŞ tərəfindən və Vaşinqton vasitəsilə aparılması Aİ üçün yaxşı deyil”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Yohan Vadeful islandiyalı həmkarı Torgerdur Katrin Qunnarsdouttir ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə bu, düzgün qərar olardı.
“Müəyyən bir məqamda Avropanın da Rusiya ilə əlaqələndirilmiş dialoqa girməsi düzgün və ağlabatan olacaq. Biz ümumiyyətlə buna hazırıq. Lakin, alman olaraq, biz bunu həmişə yalnız əlaqələndirilmiş, Avropa çərçivəsində edirik”, - deyə Vadeful qeyd edib.
QAZİLER.AZ



