Sloveniya PURL proqramına qoşulacaq və ilin sonuna qədər Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün təxminən 43 milyon avro ayıracaq.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın müdafiə naziri Denis Şmıqalın Telegram kanalına istinadən məlumat verib.
"Kiyevdə Sloveniyanın müdafiə naziri Borut Sajoviçlə görüşdüm. Sloveniyaya bütün vacib sahələrdə, xüsusən də PURL təşəbbüsündə iştirak etdiyinə görə təşəkkür etdim. Bu, ilk növbədə hava hücumundan müdafiə sahəsində imkanlarımızı gücləndirmək üçün həqiqətən vacib bir təşəbbüsdür", - Şmıqal qeyd edib.
O, həmçinin vurğulayıb ki, Sloveniya ilin sonuna qədər bu mexanizmə təxminən 43 milyon avro ayırmağı planlaşdırır.
QAZİLER.AZ



