Rusiyanın Zabaikalye diyarında, İrkutsk-Ulan-Ude-Çita magistral yolunda qəza baş verib, beş nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 5-də regional Daxili İşlər Nazirliyi məlumat verib.
"İstana" markalı nəqliyyat vasitəsi ilə kiçik yük maşını arasında toqquşma baş verib", - idarənin Telegram kanalında deyilir.
İlkin məlumatlara görə, mikroavtobus sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılaraq mikroavtobusla toqquşub. Qəza nəticəsində üçü azyaşlı olmaqla beş nəfər ölüb. Yaralılardan ikisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
QAZİLER.AZ



