Tramp Milad ağacını yandırdı

Tramp Milad ağacını yandırdı backend

Tramp Ağ Evdə Milad ağacının işıqlandırılması mərasimində iştirak edib.

ABŞ Prezidenti Donald Tramp və Melaniya Tramp Ağ Evdə keçirilən ənənəvi Milad ağacının işıqlandırılması mərasimində iştirak ediblər.

Qaziler.az bildirir ki, bu barədə "Fox News" məlumat verib.

"Melaniya və mən bu gecə burada olan hər kəsə və ölkə daxilindəki bütün amerikalılara Milad bayramını təbrik etməkdən çox məmnunuq", - deyə Amerika lideri bildirib.

Bu mərasim bir əsrdən çoxdur ki, keçirilir və ilk dəfə 1923-cü ildə Prezident Kalvin Kulic dövründə keçirilib. Məlumata görə, ağacın özü Virciniya ştatındakı Corc Vaşinqton-Cefferson Milli Meşəsindən gətirilib.

QAZİLER.AZ