ABŞ yeni müqavilələrə əsasən, şirkətləri nadir torpaq metallarının hasilatı üçün Konqo Demokratik Respublikasına (KDR) və Ruandaya göndərəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evin “YouTube” kanalında yayımlanan Afrika ölkələri arasında sülh müqaviləsinin imzalanması mərasimində bildirib.
"Biz ən böyük və ən yaxşı şirkətlərimizdən bəzilərini bu iki ölkəyə göndərəcəyik. Nadir torpaq metallarının hasilatı ilə məşğul olacağıq, bəzi aktivləri götürəcəyik və ödəyəcəyik. Hər kəs çoxlu pul qazanacaq", - deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, bunlar onun administrasiyasının 2025-ci ildə imzaladığı mineral təchizatı ilə bağlı bir çox yeni müqavilələrdən yalnız ikisidir.
QAZİLER.AZ



