Finlandiyanın Baş naziri Petteri Orpo saami xalqından rəsmi şəkildə üzr istəməyi təklif edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə "Iltalehti" qəzeti yazır.
O, hökumətin keçmiş siyasətini açıq şəkildə ayrı-seçkilik adlandırıb.
Baş nazir üzr istəməyin hərtərəfli və mənalı olmalı olduğunu vurğulayıb. Bu açıqlama hökumətin həqiqət komissiyasının hesabatından sonra verilib. O, yerli xalqın vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atmağı, o cümlədən Baş nazirin ofisində xüsusi vəzifənin yaradılmasını tövsiyə edib.
QAZİLER.AZ



