İsraildə yüzlərlə timsah terror təhlükəsi səbəbindən öldürülüb

İsraildə yüzlərlə timsah terror təhlükəsi səbəbindən öldürülüb backend

İsrail hakimiyyəti terrorçular tərəfindən azad edilməsinin qarşısını almaq üçün qəfəsdə saxlanılan yüzlərlə timsahı öldürüb.

Qaziler.az bu barədə “Ynet Global” nəşrinə istinadla xəbər verir.

Hadisə İordan çayının qərb sahilində yerləşən İsrailin Petzael yaşayış məntəqəsində baş verib.

Heyvan hüquqları fəalları bu hərəkətə etiraz ediblər. İsrail Mülki Administrasiyası və ətraf mühit orqanları timsahların qətlə yetirilməsinin səbəbləri ilə bağlı heç bir araşdırma aparılmayacağını bildiriblər.

Rəsmilərin sözlərinə görə, heyvanlar təhlükəsizlik məqsədi ilə, terror hücumu təhlükəsi səbəbindən öldürülüb. Hüquq-mühafizə orqanları yaraqlıların fermanın hasarlarını dağıda və timsahları buraxa biləcəyindən çəkiniblər. Agentlik nümayəndələri qeyd ediblər ki, bu tədbir yalnız yerli əhalini potensial risklərdən qorumaq üçün görülüb.

QAZİLER.AZ