ABŞ Maliyyə Nazirliyi departamentin ümumi lisenziyasına əsasən, “Lukoil” ilə Rusiya xaricində yanacaqdoldurma məntəqələrinin saxlanılması və bağlanması üçün zəruri olan əməliyyatlara icazə verib.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə departamentin ümumi lisenziyasında deyilir.
Lisenziya “Lukoil-International” və onun törəmə müəssisələrinə, o cümlədən ABŞ-də yerləşən şirkətlərə şamil edilir. İcazə verilən əməliyyatlara mal və xidmətlərin alınması, saxlanılması və yanacaqdoldurma məntəqələrinin bağlanması daxildir.
Lisenziya 29 aprel 2026-cı il tarixinə qədər qüvvədədir.
Qeyd edək ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan etmişdi. Bundan sonra, oktyabrın 27-də “Lukoil” məhdudiyyətlərə görə xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlamışdı.
QAZİLER.AZ



