Tunis hakimiyyəti Milli Qurtuluş Cəbhəsi müxalifət koalisiyasının təsisçisi və lideri Əhməd Şebbini həbs edib.
Qaziler.az xəbər verir ki, bu barədə Respublika Partiyası “Tunis Afrique Presse” (TAP) agentliyinə istinadən məlumat verib.
Siyasətçi 12 il həbs cəzasına məhkum edilib və onu məhkəmənin qərarını icra etmək üçün həbs ediblər
Qeyd olunur ki, Əhməd Şebbi uzun illər Tunis müxalifət hərəkatının əsas fiquru olub. O, ölkənin siyasi qüvvələrini mövcud kursunu dəyişdirmək üçün birləşdirməyə çalışıb.
QAZİLER.AZ



