Mercedes avtomobilləri istehsal edən Finlandiyanın “Valmet Automotive” şirkətinin zavodu müdafiə şirkəti “Patria” üçün zirehli maşınların istehsalına başlayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Patria” şirkətinin mətbuat xidməti məlumat verib.
" “Patria Land Oy” və “Valmet Automotive Oyj” zirehli maşınların istehsalı ilə bağlı texnologiyaların ötürülməsi, eləcə də bu cür maşınların ilk prototiplərinin istehsalı sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər", - məlumatda qeyd olunub.
Şirkət texnologiya ötürülməsi üzrə əməkdaşlığın dərhal başlayacağını dəqiqləşdirib. İlk “Patria” zirehli maşınları 2026-cı ilin ikinci yarısında “Valmet Automotive” şirkətinin Uusikaupunki şəhərindəki zavodunda istehsal olunacaq.
Qeyd edilib ki, “Mercedes-Benz” avtomobilləri istehsal edən şirkət bu yaxınlarda maliyyə çətinlikləri ilə üzləşib.
QAZİLER.AZ



